Qeydiyyat Daxil ol

Türkiyədən sifariş etmək üçün onlayn alış-veriş saytları

servis


Alış-veriş edərkən məhsulların dəyəri və keyfiyyəti arasında tarazlıq qurmağa çalışırıq. Ancaq müasir dünyada yaşam tez bir sürətlə artır və gündən-günə məhsul alışı üçün onlayn alış-veriş edənlərin sayı çoxalır. Eyni zamanda istəklərimiz də artan təklifə uyğunlaşır. Bəs bütün istəklərimizi necə həyata keçirə bilərik? Məhsullarımızı tez bir zamanda, tıxaclarda və növbələrdə vaxt itirməmək üçün sifarişlərimizi Türkiyədən və digər ölkələrədən necə sifariş edə bilərik?
 

Amerikanın məşhur onlayn saytları ilə yanaşı, Türkiyənin onlayn alış-veriş saytları  da son zamanlarda məşhurlaşıb. Artıq istənilən məhsulların xarici ölkələrdən Azərbaycana  çatdırılması mövcuddur. Cari dövrdə onlayn alış-veriş saytlarından sifarişlərin artmasına səbəb də məhz geyim, texnologiya və digər məhsulların sifarişi zamanı cibinizə qənaətin olmasıdır.

Tutaq ki, Türkiyənin yerli markalarından bir olan Defactonun məhsullarını Azərbaycanda almaq istəyirsiniz. Lakin onlayn qiyməti ilə arasıdaki fərqə nəzərən artıq həmin məhsulu mağazadan deyil, Defactonun onlayn saytından alacaqsınız. Bu onlayn alış-verişin üstünlüyü 20-50% qənaət etməklə bərabər çatdırılma müddəti və etibarlılığının olmasıdır.

Təbii ki, onlayn alış-verişin etibarlı olması və tez bir müddətdə çatdırılmasına zəmanət verən kargo şirkətləri istədiyiniz məhsulu Türkiyədən gətirirlər. Hal-hazırda Azərbaycanda bu çatdırılma xidmətini təmin edən bir çox kargo şirkətləri var. Onlardan keyfiyyətinə və sürətinə görə fərqlənən Vipex.az-ın Azərbaycana Türkiyədən və Amerikadan bağlamaların çatdırılma xidməti mövcuddur.

Geyim və məişət əşyalarından əlavə Türkiyədən Azərbaycana başqa məhsulların da çatdırılması mövcuddur. Bunlara uşaqlar üçün məhsullar, idman vəsaitləri, kosmetika və təmizlik, texnika və elektronika, istirahət və asudə vaxtlarınızı dəyərləndirmək üçün oxunacaq kitablar və bunun kimi müxtəlif çeşidli məhsulların çatdırılması Vipex.az kargo şirkəti tərəfindən həyata keçirilir.

Əgər sizin də Türkiyənin onlayn alış-veriş saytlarından sifariş etmək istədiyiniz məhsullar varsa ilk növbədə Vipex.az-ın rəsmi saytından qeydiyyatdan keçərək sifariş verə bilərsiniz. Necə sifariş vermək haqqında məlumatınız yoxdursa  https://www.youtube.com/watch?v=Vs8vmCWZqPg bu linkə daxil olaraq, Türkiyədən Azərbaycana necə sifariş verəcəyinizi öyrənin. 

Türkiyədən alış-veriş üçün hansı onlayn alış-veriş saytlarından istifadə olunur?

Onlayn sifariş dediyimiz zaman ağlımıza Amerika və Türkiyə kimi keyfiyyətinə və sərfəliliyinə görə seçilən ölkələr gəlir.  Qeyd etdiyimiz kimi Türkiyənin yerli brendlərində istehsal olunan məhsulların Azərbaycana çatdırılması ölkəmizdə alınan məhsuldan daha aşağı qiymətə gəlib çatır.
 

Türkiyədən sifariş olunan məhsullar ən çox Trendyol.com, İpekyol, Hepsiburada.com, N11.com, Kitapyurdu.com kimi onlayn alış-veriş saytlarına  aid olur.

Trendyol- Türkiyədə və Orta Asiyada ən sürətlə inkişaf edən onlayn alış-veriş saytlarındandır. Kampaniyaları və endirimləri sayəsində diqqətləri üzərinə cəlb edən Trendyol, hal-hazırda 16 milyondan çox üzvə sahib, 150 milyondan çox məhsul çatdırılması etmiş və ayda 90 milyon şəxs tərəfindən ziyarət edilən onlayn saytdır.  Bundan əlavə 28 İyun 2018-ci il tarixində Dünyanın ən böyük onlayn və mobil ticarət şirkətinə sahib olan Alibaba Group, Trenyola investisiya yatırmış və əməkdaşlıq etmişdir. 9 il əvvəl qurulmasına baxmayaraq, keyfiyyət, sürət və etibarlılığına görə seçilən qabaqcıl onlayn alış-veriş saytlarından biridir. Sifariş olunan məhsulların çox hissəsinin bu onlayn alış-veriş saytlarına aid olması ilə Azərbaycanda da öz məşhurluğunu və keyfiyyətini göstərir.

İpekyol- Trendyoldan sonra gələn Türkiyənin ən məşhur onlayn alış-veriş saytıdır. Türkiyə daxili bölgələrə 236, ölkə xaricinə 30 mağaza sayısı ilə  seçilən İpekyolun Azərbaycana sifariş çatdırılması ilə yanaşı,  digər Asiya ölkələrinə də mövcuddur. Türkiyənin Perwoll, Clinique kimi markaları İpekyol ilə bir neçə layihələrə imza atmışdır.  

Hepsiburada.com- Türkiyənin digər məşhur onlayn alış-veriş saytlarından biri də Hepsiburada.com-dur. Hal-hazırda 17 mindən çox əməkdaşı vardır. Aylıq olaraq 32 milyon ziyarətçi tərəfindən 102 milyondan çox baxış sayısı var.  Bu saytın telefonlar üçün aplikasiyası isə 15 milyondan çox endirilmişdir. Əlavə olaraq, 35 kateqoriyada 20 milyondan çox məhsul çeşidliyinə sahibdir. Böyük uğurlar nəticəsində Türkiyədə olduğu kimi Azərbaycanda da bu onlayn alış veriş saytından sifariş verənlərin sayısı artmışdır. Vipex.az kargo şirkəti tərəfindən çatdırılan bağlamaların bir qismi  məhz bu onlayn alış-veriş saytına aiddir. 

n11.com- Türkiyənin hüquqi şəxslərə istinadən onlayın alış-veriş platforması olan n11.com, Cənubi Koreyanın ən böyük firmalarından olan SK Group və Doğuş Qrupunun əməkdaşı olan Doğuş Planetin nəzdində 2013-cü ilin sonunda yaranmışdır. Qısa müddət ərzində 115 mindən çox mağazaya və 14 milyonu aşan məhsulları ilə Türkiyənin ən məşhur alış-veriş saytlarından biri olmuşdur.

Kitapyurdu.com-Geyim və məişət əşyalarından əlavə kitab sevərlər üçün də Türkiyədən kitab sifarişləri mövcuddur. Bu sifarişlər isə daha çox  Türkiyənin 200 onlayn kitab saytlarının içərisində ən məşhur olan, keyfiyyətinə və sərfəliliyinə görə seçilən Kitapyurdu.com kitab sifarişi saytıdır.  Geyimdə olduğu kimi kitab sifarişində də Türkiyə sərfəliliyinə görə seçilir. Bu sayt 19 il əvvəl yaranmasına baxmayaraq gündən-günə artan üzvləri və sifarişləri sayəsində artıq Türkiyənin kitab satan brend saytlarındandır. Verilən açıqlamalara nəzərən türk dilindən əlavə bir çox dildə nəşr olunan kitabların sayı 100 mindən artıqdır.  Hətta bu yaxınlarda amazon.com şirkəti ilə də əməkdaşlıq edəcəyini bildirən onlayn saytda istifadəçilərə kitablara maraq oyatmaq üçün mütəmadi olaraq endirimlər edilir. Bu endirimlər sayəsində Türkiyədə və dünyanın bir çox ölkələrində kitab sevərlərin sayı getdikcə artmaqdadır.

Kosmetika və təmizlik- Türkiyənin onlayn kosmetika və təmizlik məhsulları satan  Sephora,  Watsons ,  Gratis ,  Kozmela kimi onlayn alış-veriş saytlarını misal göstərmək olar. İstənilən məhsulların bu saytlarda yerləşməsi sizin daha aşağı qiymətlərlə, yüksək keyfiyyətli məhsullar almağınıza kömək edir.

Uşaq geyimləri- Gözəllik və baxım məhsullarından əlavə, Vipex.az kargo şirkətində uşaq geyimlərinin, oyuncaqlarının və  başqa vəsaitlərinin də çatdırılması vardır. Keyfiyyəti ilə dünyada seçilən H&M  , Zara kimi  markaların  və Türkiyənin LC Waikiki , Penti  kimi yerli brend mağazalarından uşaq geyimlərini sifariş edə bilərsiniz.

Geyim aksesuarları- Zərif  duruşu ilə geyimlərə bəzək verən geyim aksesuarlarının sifarişi  son zamanlarda daha çox dəbdədir. Bu məhsulları Türkiyənin Yargıcı ,  Zara , Patırtı.com kimi onlayn alış-veriş saytlarından sifariş edə bilərsiniz.

Kişi geyimləri- Türkiyədən gələn sifarişlər içərisində qadın geyimlərindən əlavə kişi geyimləri  də olur. Türkiyənin kişi geyimlərini istehsal edən yerli brendlərinə aid olan Altınyıldız , Kığılı ,  Hatemoğlu, Süvari kimi brendləri bu geyimlər üçün ən münasib onlayn alış-veriş saytlarıdır. Lakin Vipex.az kargo şirkəti vasitəsi ilə digər ölkələr məxsus olan  markalardan onlayn sifariş verə bilərsiniz. Bu markalara daha çox  Cacharel, U.S. Polo Assn, Puma-dan sifarişləri aiddir.

Türkiyədən onlayn alış-verişlərin bir digər üstünlüyü tez-tez kompaniyaların olmasıdır. Bəzi məhsullarda kargo pulsuz  yaxud da 3 alıb 1 ödəmə imkanı mövcud olur. Bu zaman endirimdə olan məhsullarınızı Vipex.az kargo şirkəti tərəfindən sifariş edə bilərsiniz.

Bildirişlər

Heç bir bildirişiniz yoxdur