Qeydiyyat Daxil ol

Daşınması qadağan olan məhsullar

Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun olaraq fiziki şəxslər üçün rüsumsuz limit 30 (otuz) təqvim günü ərzində 300 (üç yüz) ABŞ dolları təşkil edir. Aşağıdakı məhsulların daşınmasına icazə yoxdur: Yivli odlu silah növləri, döyüş sursatı, hərbi təyinatlı bütün əşyalar, partlayıcı maddələr, hərbi texnika. Radioaktiv maddələr. Narkotik və psixotrop maddələr, onlardan istifadə üçün ləvazimat. Əxlaq pozğunluğunu, zorakılığını, terrorizmi təbliğ və reklam edən materiallar. Narkotik, psixotrop, zəhərləyici, partlayıcı maddələrin hazırlanması texnologiyasına aid materiallar. Canlı heyvanlar. Bitki və toxumlar. Hər cür silah növləri, döyüş sursatı, hərbi təyinatlı hər cür əşyalar, partlayıcı maddələr, hərbi texnika. Xüsusi məxfi rabitə vasitələri, onların şifrləri və istismarı haqqında ədəbiyyat. Müdafiə, Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin operativ istintaq fəaliyyəti üzrə informasiya sistemləri, sənədləri və arxivləri. Dövlət əhəmiyyətli sənədlər, ixtiralar, layihələr. Xammal şəklində olan qiymətli metallar və qiymətli qaşlar. Litium batareyalara sahib texnika, dezodarantlar, spreylə, dini kitablar, mobil telefonlar və powerbanklar.

Bildirişlər

Heç bir bildirişiniz yoxdur